Keçmiş Boliviya prezidenti ABŞ-ı onu qaçırmağa cəhd etdiyini bildirib

Keçmiş Boliviya lideri Evo Morales hesab edir ki, ABŞ hakimiyyəti onu ölkədən çıxarmağa kömək təklif etməklə əslində onu qaçırmaq istəyib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 14:05

 Keçmiş Boliviya lideri Evo Morales hesab edir ki, ABŞ hakimiyyəti onu ölkədən çıxarmağa kömək təklif etməklə əslində onu qaçırmaq istəyib.

 

İnterAz xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Morales, Amerika tərəfinin Boliviyanın xarici işlər naziri Karen Lonqaric ilə danışdığını və ölkədən təxliyəsi üçün təyyarə göndərməyi təklif etdiyini bildirib.

 

 "Amerika Birləşmiş Ştatları ... istədiyimiz yerə aparmaq üçün bizə bir təyyarə göndərməyi təklif etdi", o deyib.

 

Oktyabrın 20-də Boliviyada prezident seçkilərində səslərin sayılması ilə əlaqədar etirazlar aksiyaları başlayıb.