İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

İranın bir sıra əyalətlərində benzinin qiymətində artıma görə etiraz aksiyaları keçirilib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 14:22

İranın bir sıra əyalətlərində benzinin qiymətində artıma görə etiraz aksiyaları keçirilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın Təbriz, Xorrəmabad, Lorestan, Sircan, Buşehr və sair əyalət və şəhərlərində yanacaq doldurma məntəqələri qarşısında etiraz aksiyaları keçirilib.

 

İranın cənub-şərqində yerləşən Sircan şəhərinin polisi məlumat verib ki, bu şəhərdə etirazlar və toqquşmalar zamanı bir nəfər həyatını itirib.

 

Aksiyaçılar hökumətin benzinin qiymətinin min tüməndən üç min tümənə qaldırmasına görə etiraz ediblər.

 

Bu arada İranın bəzi dövlət qurumları bu artıma görə Həsən Ruhani administrasiyasına etiraz ediblər.

 

İranın İqtisadi Koordinasiya Ali Şurası, prezidentin, parlament spikeri və Məhkəmə Hakimiyyətinin sədrinin iştirakı ilə məsələ ilə bağlı toplantı keçirirlər.