Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var

Hələ heç bir qruplaşma bu hücumu üzərinə götürməyib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 15:16

Suriyada Türkiyənin dəstəklədiyi birləşmələrin nəzarətindəki şəhərdə şiddətli partlayış törədilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, əl-Bab şəhərinin mərkəzində bir minalanmış maşın partladılıb.

 

Bu terror aktında azı 13 nəfər həyatını itirib və 30-dan çox insan yaralanıb.

 

Hələ heç bir qruplaşma bu hücumu üzərinə götürməyib.