Parisdə “sarı jiletlilər” etiraz aksiyasının 16 iştirakçısı saxlanılıb

Fransa polisi Parisdə "sarı jiletlilər" etiraz aksiyasının 16 iştirakçısını saxlayıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 15:36

Fransa polisi Parisdə "sarı jiletlilər" etiraz aksiyasının 16 iştirakçısını saxlayıb.

 

İnterAz-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə Paris polisi prefekturasının "Twitter" səhifəsində deyilir.

 

"Səhər saat 10:00-da polis 16 nəfəri saxlayıb, 1 192 nəfərin üzərində axtarış aparıb", - deyə məlumatda deyilir. Qeyd olunur ki, bir neçə nəfər etirazlar başlamazdan öncə, digərləri isə etiraz zamanı saxlanılıb.

 

Bundan öncə "sarı jiletlilər" hərəkatının iştirakçıları paytaxtın dairəvi yolunu, şəhərin şimal-qərbində yerləşən Pereferik bulvarını bağlamağa cəhd ediblər. Onlarla nümayişçi Parisin (cənub) 13-cü məhəlləsində yerləşən İtaliya meydanında aksiyaya qoşulub. məişət tullantılarından barrikada qurub, daha sonra onu yandırıblar.

 

Fransa polisi öz növbəsində gözyaşardıcı qazdan və tüstü şaşkalarından istifadə edib.

 

Qeyd edək ki, bu həftəsonu Fransada “sarı jiletlilər”in ildönümünə həsr olunmuş nümayişlər keçirilir. Lakin onların hamısı razılaşdırılmayıb.