Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

Ankara, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcəkdir...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 16:12

Ankara, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcəkdir.

 

İnterAz-ın SalamNews -a istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir açıqlama verib.

 

Onun sözlərinə görə, S-400-ü almaq və onlardan istifadə etməmək məntiqsiz olardı.

 

O qeyd edib ki, zenit raket sistemlərinin istismara verilməsi prosesinə ruslar cəlb edilməyəcək.

 

"Bu sistemlər NATO üçün təhdid mənbəyi deyil", Dəmir bildirib.