Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını şərh edib

...bu yeni və təzə bir şey deyil ...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 16 Noyabr 2019, 16:37

 ABŞ dövlət katibi Mayk Pompeo NATO-nun "beyin ölümü" elan edən Fransa prezidenti Emmanuel Makronın sözlərini şərh edib.

 

"Bu yeni və təzə bir şey deyil ... NATO üzvü olan millətlərin fərqli maraqları var. NATO müttəfiqi olan Türkiyənin son həftələrdə nə etdiyini görürük. Alyansa üzv olan ölkələr arasında ideal əlaqənin olması heç vaxt mümkün olmayıb", deyə Pompeo bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, onun sözlərinə görə, əsas odur ki, alyansın bütün üzvləri ümumi problemlərin həllində NATO-nun "uğurlu qalmağa davam etməsinə" imkan verən səviyyədə iştirak edə bilsinlər.