Putinin qidalanma rasionu: səhər çiy yumurta içir

Rusiya prezidentinin şef-aşpazı Anatoliy Qalkin Vladimir Putinin sevimli yeməkləri, gündəlik rasionu və qida seçimi barədə məlumatları açıqlayıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 28 Noyabr 2019, 08:34

Rusiya prezidentinin şef-aşpazı Anatoliy Qalkin Vladimir Putinin sevimli yeməkləri, gündəlik rasionu və qida seçimi barədə məlumatları açıqlayıb.

 

İnterAz Medicina.az-a istinadən xəbər verir ki, 67 yaşlı Putin səhərlər düyü sıyığı, arada buğda sıyığı yeyir. Eləcə də bəzən səhərlər çiy bildirçin yumurtası içir. Meyvələrdən az yesə də, quru meyvələr həmişə masada olmalıdır.

 

Putin qara kürüdənsə, qırmızı kürüyə üstünlük verir. Onun yemək masası arxasında fotolarının çoxunda qırmızı kürü masada görünür. 

 

Prezident sadə insanlarla və xüsusi görüşlərdə nahar edərkən mütləq borş, salo və pomidor, balıq uxası sifariş edir. Bununla o, rus mətbəxini təbliğ edir.

 

Qırmızı ətdənsə, Putin balıq və quzu ətinə üstünlük verir. 

 

Şirniyyatı sevmir, konfet, tort, şokolad demək olar yemir, bircə dondurmadan başqa. 

 

Dietoloqlar səhərlər liderin düyü sıyığı yeməsini ona səhər tezdən daha çox enerjili olub, iş mühitinə atılması üçün lazım olduğunu vurğulayıb.

 

Çiy yumurta içməyi isə sıravi vətəndaşlar sınamasın. Ola bilər prezident içdiyi yumurtanın təhlükəsiz və təzəliyinə əmindir. 

 

Ümumiyyətlə, Putin mədəyə ağırlıq etməyən, tez həzm olunan, lakin uzun müddət toxluq verən menyu seçib.

 

Quzu əti mal ətindən daha faydalıdır, sinir sistemi və beynin işini gücləndirir. 

 

Şəkərdən uzaq olması isə Putinin ürək-damar sistemi, hormonal tarazlığı üçün müsbətdir. 

 

Çörək az yeyir, çörək yalnız tam taxıldan olmalıdır, kompot, kisel, təmiz meyvə, giləmeyvə likörü, bitki çayı, yalnız yaşıl çay içir.

 

Prezident ümumiyyətlə, təzə, sağlam nə yemək oldu yeyir, xüsusi qadağası yoxdur, yeməyə çox vaxt sərf etmir.