Binəli Yıldırım: “Gözlə bizi, can Azərbaycan”

İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 08:47

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirirəcək.

 

İnterAz-ın məlumatına görə, bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi tvitter hesabında paylaşım edib.

 

"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan",-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib.

 

Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.