İŞİD İraqın Diyala əyalətində qəful hücuma keçib, azı dörd əsgər həlak olub

Hücumun qarşısı Haşd-Şabi qüvvələri tərəfindən alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 12:22

 İŞİD terror təşkilatı İraqın şərqində Diyala əyaləti ərazisində qəfil hücuma keçib. İraqın Xalq Səfərbər Qüvvələri azı 4 itki verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İŞİD Diyala əyalətinin Nəft-Xanə bölgəsində qəfil hücuma keçib.

 

Hücumun qarşısı Haşd-Şabi qüvvələri tərəfindən alınıb.

 

Haşd-Şabi 4 itki verib və əsgərlərindən 5-i yaralanıb.

 

Qeyd edək ki, Diyala əyaləti ölkədə İŞİD terror təşkilatının sosial bazasının təmin edildiyi bölgələrdən biridir.

 

İraq Ordusu İŞİD 2017-ci ildə tam şəkildə məğlub etsə də terror təşkilatı ara-sıra hücumlar həyata keçirir.