Çin ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edib

Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 13:03

Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.

 

Onun sözlərinə görə, sanksiyalar NDI, HRW, "Freedom House" məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.

 

Qeyd edək ki, bu, Çinin ABŞ-a cavab sanksiyasıdır. Belə ki, daha əvvəl ABŞ Honkonqda "İnsan hüquqları və demokratiyanın müdafiəsi haqqında" qanun qəbul edib. Çin XİN rəsmisi məsələyə belə münasibət bildirib: "ABŞ Çinin etirazına məhəl qoymadı. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl normalarının ciddi pozuntusu, habelə Çinin daxili işlərinə müdaxilədir".