Suriya ordusu kürd bölmələrinin olduğu daha 3 bölgəni nəzarətə götürüb

Ordu Hələb-Həsəka beynəlxalq yoluna nəzarəti artırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 13:14

 Suriya ordusu Həsəka əyalətində daha 3 qəsəbə və kəndi nəzarətə götürüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu Həsəka əyalətinin qərbində daha 3 qəsəbə və kəndi nəzarətə götürüb.

 

Ordu Hələb-Həsəka beynəlxalq yoluna nəzarəti artırıb.

 

Qeyd edək ki, Türkiyənin kürd bölmələrinə qarşı "Barış Pınarı" əməliyyatından sonra, ABŞ və kürd bölmələri Fəratın şərqində bəzi bölgələri tərk ediblər. Əraziyə Rusiya hərbi polisi və Suriya Ordusu daxil olub.