Rusiya və Türkiyə prezidentlərinin görüşünün vaxtı dəqiqləşib

İstanbulda Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 15:13

İstanbulda Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

 

İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O qeyd edib ki, görüşün gələn il yanvar ayının 8-də keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, bir müddət əvvəl D. Peskov V. Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfərinin gözlənildiyini bildirib.