Tramp NATO-nun “beyin ölümü” açıqlamalarına görə Makrona qəzəblidir

ABŞ lideri Donald Tramp, NATO-nun "beyin ölümünü" elan edən Fransa prezidenti Emmanuel Makrona qəzəblənib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 16:16

ABŞ lideri Donald Tramp, NATO-nun "beyin ölümünü" elan edən Fransa prezidenti Emmanuel Makrona qəzəblənib.

 

İnterAz-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə "Axios" yazılı mənbəyə istinadən yazır.

 

"O (Tramp - red.) uzun müddətdir Makrona qəzəblidir", mənbə deyib.

 

Başqa bir mənbənin verdiyi məlumata görə, Makronun açıqlamaları Trampın NATO ilə bağlı daha müsbət açıqlamalar verməyinə təsir göstərə bilər.

 

Noyabrın əvvəlində Makron NATO-nun "beyin ölümü" keçirdiyini açıqlamışdı. Onun fikrincə, Avropa artıq özünü müstəqil bir geosiyasi güc hesab etməyə başlamalıdır.

 

Tramp, Fransa liderinin açıqlamasına görə məyus olduğunu qeyd etmişdi.