Yaponiya ABŞ hərbi təlimləri üçün 146 milyon dollara ada alacaq

ABŞ-ın hərbi təlimləri üçün yaradılacaq obyekt adada "yaxın gələcəkdə" inşa ediləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 16:50

Yaponiya hökuməti, ABŞ-ın hərbi təlimləri üçün cənub-qərb sahillərində yerləşən xüsusi mülkiyyət olan bir adanı 146 milyon dollara geri almağa razı olduğunu açıqlayıb.

 

İnterAz "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa açıqlama verib.

 

Məlumata əsasən, Kaqosima prefekturasındakı Maqesima adasının satın alınması ilə bağlı razılaşma noyabrın 29-da əldə edilib.

 

ABŞ-ın hərbi təlimləri üçün yaradılacaq obyekt adada "yaxın gələcəkdə" inşa ediləcək.