Zelenski: ABŞ Krımla bağlı vəziyyətdə Ukraynaya kömək edə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ Krım ətrafındakı vəziyyətlə bağlı Kiyevə kömək edə bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 17:03

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ Krım ətrafındakı vəziyyətlə bağlı Kiyevə kömək edə bilər.

 

Zelenski bunu Polşanın "Gazeta Wyborcza" nəşrinə müsahibəsində deyib.

 

"Düşünürəm ki, bu məsələdə ABŞ Krıma kömək edə bilər", o deyib.

 

İnterAz RT-yə istinadla xəbər verir ki, dövlət başçısı Ukrayna, Rusiya və ABŞ-ın da iştirak etdiyi danışıqlar formatı təklif edib. 

 

Onun sözlərinə görə, o, bu məsələni Norman sammitində qaldırmaq niyyətindədir:

 

"Bura bizim ərazimizdir və istəyərdim ki, bizə qayıtsın".