Haşd-Şabi İraqda İŞİD-in yenidən qalxmasına dair xəbərdarlıq edib

Təşkilat ölkə rəhbərliyinə və İraq xalqına İŞİD-in yenidən baş qaldıra biləcəyi haqda xəbərdarlıq edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 18:00

 İraqın Xalq Səfərbər Qüvvələri ölkədə baş qaldıran etirazlar, iğtişaşlar və toqquşmalar fonunda İŞİD terror təşkilatının yenidən baş qaldırması haqda xəbərdarlıq edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verib ki, bu barədə İraqın Haşd-Şabi qüvvələri bəyanat verib.

 

Bildirilib ki, ölkədə baş verən etiraz və iğtişaşlar İŞİD terror təşkilatının yenidən baş qaldırmasına münbit şərait yaradır.

 

Haşd-Şabi ötən gün ölkənin Diyala əyalətində İŞİD-in hücumuna toxunub və bəyan edib ki, bu hücumun qarşısı alınsa da orada və 23 nəfər həlak olub və yaralanıb.

 

Təşkilat ölkə rəhbərliyinə və İraq xalqına İŞİD-in yenidən baş qaldıra biləcəyi haqda xəbərdarlıq edib.