Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

İraqın tanınmış din alimi ayətullah Sistani ölkənin yeni baş nazirinin xarici müdaxilə olmadan seçilməsini istəyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2019, 16:23

 İraqın tanınmış din alimi ayətullah Sistani ölkənin yeni baş nazirinin xarici müdaxilə olmadan seçilməsini istəyib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Kərbəlada cümə günü xütbələrində oxunan bəyanatda deyilib.

 

Ayətullah Sistani bu bəyanatda hökumət qurumlarından istəyib ki, yeni baş nazir, təyin edilmiş müddət ərzində və heç bir xarici müdaxilə olmadan seçilsin.

 

Ayətullah Sistaninin bu bəyanatında tələb edilib ki, siyasi cinahlar nümayişlər zamanı müctəhidindən adından istifadə etməsinlər.

 

Bu bəyanatda hökumət qurumlarından islahatların tezləşirilməsi, xaosa və iğtişaşlara yol verməmək tələb edilib, eləcə də ölkənin sabitliyi məsələsində təhlükəsizlik qüvvələrinin rolunun əhəmiyyəti vurğulanıb.

 

Qeyd edək ki, Ayətullah Sistaninin ötən həftədəki çıxışından sonra baş nazir Adil Əbdül-Mehdi istefa verib və ölkədə etiraz aksiyaları, toqquşma və iğtişaşlar mülahizə ediləcək dərəcədə səngiyib.