Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

Sudanın yeni baş naziri bildirib ki, onlar istədikləri zaman qüvvələrini Yəməndən çıxara bilərlər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 14:24

Sudanda Ömər əl-Bəşirin devrilməsindən sonra yeni təşkil edilən hökumətin baş naziri Yəmənə göndərilən hərbi qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Sudanın baş naziri Abdullah Hamduk ABŞ-a səfəri zamanı bu ölkə mətbuatına verdiyi açıqlamada deyib.

 

A. Hamduk bildirib ki, Sudanın Yəmən münaqişəsinə girməsi məsələsi sabiq prezident Ömər əl-Bəşir hökumətindən miras qalan problemdir.

 

Sudanın yeni baş naziri bildirib ki, onlar istədikləri zaman qüvvələrini Yəməndən çıxara bilərlər.

 

Onun sözlərinə görə Sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərkibində olan 5 min qüvvəsini Yəməndən geri çəkməyi düşünür.

 

A. Hamdukun sözlərinə görə Yəmən münaqişəsinin həlli hərbi deyil siyasi yolla mümkündür.