İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Məsud Süleymanini şəxsən özü qarşılayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 15:50

 ABŞ iranlı araşdırmaçı və pedaqoq Məsud Süleymaninini bir il həbsdə saxladıqdan sonra azad edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən proseslərdən sonra ABŞ iranlı araşdırmaçı Məsud Süleymanini sərbəst buraxıb.

 

İran da bunun qarşılığında cəsusluqla ittiham edilən bir ABŞ vətəndaşını bu gün sərbəst buraxdığını bəyan edib.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Məsud Süleymanini şəxsən özü qarşılayıb.

 

İranlı pedaqoq rəsmi Tehrana qarşı sanksiyaları pozmaqda ittihamlandırlaraq ABŞ-da həbs edilmşdi.