Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub

Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Dekabr 2019, 11:48

Rusiyada zəncirvarı yol qəzası baş verib.

 

İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib.

 

Yol qəzası zamanı 48 avtomobil toqquşub.

 

Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

 

Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.