Sami Yusufdan daha bir təkrarsız ifa: Azərbaycan

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf daha bir təkrarsız ifasını musiqisevərlərə təqdim edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Dekabr 2019, 11:28

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf daha bir təkrarsız ifasını musiqisevərlərə təqdim edib.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış müğənni Sami Yusuf özünün “YouTube” səhifəsində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda keçirilən silsilə tədbirlərdən daha bir video paylaşıb. Videoda Azərbaycan müğənnilərinin və xorunun iştirakı ilə Sami Yusuf "Azərbaycan"a həsr edilmiş mahnı ifa edir. Videonu tanınmış müğənni “Azərbaycan: Əbədi varlıq” başlığı ilə yayımlayıb.