İranın Müdafiә Nazirliyi: Cavab sәrt olacaq

...Ә.Hatәminin sözlәrinә görә, general Süleymaninin qanı nahaq yerә axıdılıb vә cinayәti törәdәnlәri ağır cәza gözlәyir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Yanvar 2020, 10:44

General Süleymanini qәtlinә İranın reaksiyası sәrt olacaq.

 

İnterAz-ın Trend-ə istinadən mәlumatına görә, bunu İranın müdafiә naziri general-mayor Әmir Hatәmi bildirib.

 

Ә.Hatәminin sözlәrinә görә, general Süleymaninin qanı nahaq yerә axıdılıb vә cinayәti törәdәnlәri ağır cәza gözlәyir.

 

İranın Mәslәhәt Şurasının katibi general Möhsün Rzayi isә Twitter sәhifәsindә bildirib ki, İran ABŞ-dan sәrt intiqam alacaq.

 

Qeyd edәk ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) generalı Qasim Süleymani ötәn gecә ABŞ helikopterlәrinin hücumu nәticәsindә Bağdad aeroportu yaxınlığında hәlak olub.

 

İran SEPAH-ı Süleymaninin ölümünü tәsdiqlәyib.

 

İranın dini lideri ölkәdә üç günlük matәm elan edib.