Sepah ABŞ-ın bir neçə hərbi bazasına ballistik raketlərlə zərbələr endirib

Xəbəri İranın rəsmi telekanalı təsdiqləyib

Tehran, , İnteraz - 08 Yanvar 2020, 03:31

İran İslam İnqilabı Keşikçilər ordusu (Sepah) ABŞ-ın hərbi bazasına ballistik raketlərlə zərbələr endirib.

Xəbəri İranın rəsmi telekanalı təsdiqləyib. Xəbərdə onlarla ballistik raketin ABŞ-ın İraq ərazisindəki Eynul-əsəd hərbi bazasına atıldığı bildirilir.

CNN bir yox, bir neçə hərbi bazanın vurulduğunu xəbər verir.

Bu dəqiqələrdə Sepah rəsmi bəyanat yayaraq qisas əməliyyatının başlandığını elan edib. Bəyanatada əməliyyatın təfərruatlarının daha sonra elan olunacağı deyilir.