Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub

Tehranın İmam Xomeyni beynəlxalq hava limanından qalxab sərnişin təyyarəsi qəzaya uğrayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Yanvar 2020, 08:45

"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.  

 

"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib.

 

***07:41

 

Tehrandan Kiyevə uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Tehranın İmam Xomeyni beynəlxalq hava limanından qalxan sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

İnterAz-ın əldə etdiyi məlumata görə, təyyarənin göyərtəsində 180 sərnişin olub. Tehrandan Kiyev istiqamətinə uçan "Boeing 737" Ukrayna hava yollarına məxsus olub.