İranda sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

Tehranda qəzaya uğrayan Ukrayna laynerinin göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub, onların hamısı ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Yanvar 2020, 10:36

İmam Xomeyni adına Tehran Beynəlxalq Hava Limanı Ukrayna təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, hava limanının rəsmi nümayəndəsi qəzaya sərnişin laynerinin mühərrikinin alovlanmasının səbəb olduğunu deyib. Bu barədə İRNA məlumat yayıb. 

 

Tehranda qəzaya uğrayan Ukrayna laynerinin göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub, onların hamısı ölüb.