Donald Tramp: ABŞ İranla sülhə hazırdır

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Yanvar 2020, 20:58

"ABŞ İranla sülhə hazırdır". 

 

İnterAz xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

"İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır", - o qeyd edib.

 

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir.