İran Ukraynaya məxsus təyyarəni təsadüfən vurduğunu rəsmən elan edib

İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2020, 09:10

Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub. 

 

İnterAz xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

 

Nazir bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının daxili araşdırmasına əsasən, ABŞ avantürizminin səbəb olduğu insan səhvi qəzaya gətirib çıxarıb:

 

“Biz dərindən təəssüf edirik, xalqımızdan, qurbanların ailələrindən və digər zərər çəkmiş ölkələrdən üzr istəyirik, onlara başsağlığı veririk”.

 

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

 

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.