Zelenski İranın vurulan təyyarə ilə bağlı açıqlamasına münasibət bildirib

Zelenski istintaqın süni gecikmələr olmadan aparılacağına ümid etdiyini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2020, 12:09

 Ukrayna, vurulan təyyarəyə görə məsuliyyətini tam etiraf etməli, həmçinin günahkarları məsuliyyətə cəlb etməli, rəsmi şəkildə üzr istəməli və təzminat ödəməlidir.

 

İnterAz  RT-yə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

 

“Biz günahlarını tam şəkildə etiraf etmələrində israr edirik. İrandan tam və açıq bir araşdırmaya  dair zəmanət verməsini, günahkarların məsuliyyətə cəlb olunmasını, ölənlərin cəsədlərinin geri qaytarılmasını, kompensasiya ödənməsini, diplomatik kanallar vasitəsi ilə rəsmi şəkildə üzr istəməsini gözləyirik", o deyib.

 

Zelenski istintaqın süni gecikmələr olmadan aparılacağına ümid etdiyini bildirib.