Dünyanın ən qaranlıq şəhəri Murmansk — 40 gün günəş çıxmır

Fotoqraf Amos Chapple 40 gün müddətində günəşin çıxmadığı, qarla örtülü Rusiyanın Murmansk şəhərinin maraqlı fotolarını yayımlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2020, 12:18

Fotoqraf Amos Chapple 40 gün müddətində günəşin çıxmadığı, qarla örtülü Rusiyanın Murmansk şəhərinin maraqlı fotolarını yayımlayıb.

 

İnterAz ''Ölkə.Az''-a istinadən xəbər verir ki, 22 may-22 iyul tarixləri arasında günəşin heç batmadığı Murmansk şəhəri, tam əksinə ilin 40 günü də zil qaranlıq içində olur. Yayda iki ay boyunca elektrik enerjisinə qənaət edən sakinlər yığdıqları pulu qışda qütb gecələrində xərcləyirlər. Rusiyanın şimal qütb dairəsi üzərində 30 şəhər var. Bunların ən böyüyü 300 min sakinin məskunlaşdığı Murmansk şəhəridir. Şəhər 1916-cı ildə 1ci dünya müharibəsində Rusların müttəfiqlərdən hərbi yardım alması məqsədi ilə salınıb. Şəhərə gələn turistləri təəccübləndirsə də sakinlər Murmanskda 40 gün boyunca qaranlıqda alış-veriş edir, işə gedir, gündəlik həyatlarına davam edirlər. Lakin qaranlıq gecələr insanların ruh sağlamlığına mənfi təsir edir. Bu şəhərdə yaşayanlar depressiyaya daha meyilli olurlar. Maraqlısı budur ki, Murmanskda məskunlaşan insanlar şəhərin qaranlıq gecələrinə daha çox öyrəşiblər.