İraqda ABŞ həbçilərinin olduğu baza atəşə tutulub, xəsarət alanlar var

Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2020, 08:03

İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 8 raket zərbəsi endirilib.

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bazanın ərazisi ABŞ hərbçiləri tərəfindən də işlədilir. Raket zərbələri nəticəsində 4 İraq hərbçisi xəsarət alıb, ABŞ hərbçiləri arasında yaralanan yoxdur.

 

Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.