Trüdo və Tramp Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib

Kanadanın Baş naziri Jastin Trüdo və ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginliyin azalması mövzusunu müzakirə ediblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 12:13

Kanadanın Baş naziri Jastin Trüdo və ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginliyin azalması mövzusunu müzakirə ediblər.

 

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

 

"Mən onunla gərginliyi azaltmağın zəruriliyini müzakirə etdim”, Trüdo “Global News”a müsahibəsində deyib. Onun sözlərinə görə, söhbət zamanı Tehranda təyyarə qəzası zamanı ölən kanadalıların ailələrinin bu faciə ilə bağlı bütün suallarına cavab verməsinin vacibliyi barədə məsələ qaldırılıb.