Çində avtobusun yolda yaranmış çuxura düşməsi nəticəsində 6 nəfər ölüb

Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranması və bir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 12:24

Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranması və bir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

İnterAz xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Bundan əvvəl “SINA” informasiya portalı hadisə zamanı 13 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü barədə məlumat vermişdi.

 

Bildirilir ki, hadisə bazar ertəsi yerli vaxtla 17:36-da (Bakı vaxtı ilə 13:36) baş verib. Xilasedicilər hadisə yerində işləri davam etdirir. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətlərinin stabil olduğunu bildirib.

 

İnsidentin səbəbləri araşdırılır.