İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı saxlanılanların olduğunu elan edib

İranın Məhkəmə Hakimiyyəti carı ayın 8-də səhvən vurulan Ukrayna təyyarəsi məsələsilə bağlı saxlanılanların olduğunu bəyan edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 12:35

İranın Məhkəmə Hakimiyyəti carı ayın 8-də səhvən vurulan Ukrayna təyyarəsi məsələsilə bağlı saxlanılanların olduğunu bəyan edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin sözçüsü QulamHüseyn İsmaili bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə Silahlı Qüvvələrin Məhkəməsi bir çox şəxsləri saxlayıb və istintaq işlərini davam etdirir.

 

Q.İsmailinin sözlərinə görə son 72 saat ərzində məsələ ilə bağlı bir çox şəxslər saxlanılıb.

 

İranın rəsmisi həmçinin bildirib ki, onların araşdırdığı əsas məsələlərdən biri də hadisə qurbanlarının yaxınlarına kompensasiyaların ödənilməsi məsələsidir.

 

Qeyd edək ki, İran carı ayın 8-də Tehran səmasında Ukrayna təyyarəsinin ölkənin havadan müdafiəsi tərəfindən səhvən vurulduğunu elan edib. İran Ukrayandan üzr istəyib və bütün hadisə qurbanların kompensasiyalarının ödəniləcəyi vədini verib.