Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 57-yə çatıb

Son bir gün ərzində Pakistanın Pəncab, Bəlucistan, Sind və Azad Kəşmir regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 13:08

Son bir gün ərzində Pakistanın Pəncab, Bəlucistan, Sind və Azad Kəşmir regionlarına yağan güclü yağış və qar nəticəsində ölənlərin sayı artıb.

 

İnterAz-ın Geo TV-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 57-yə çatıb.

 

Qeyd edək ki, bundan əvvəl 14 nəfərin ölməsi barədə məlumat verilib.