Türkiyədə 176 hərbçinin saxlanılmasına sanksiya verilib

Şübhəlilər arasında 108 hərbçi və 68 təqaüddə olan hərbçi var...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 13:50

Türkiyədə 2016-cı ilin iyul ayında çevriliş cəhdini təşkil etməkdə ittiham edilən “Fəthullahçı Terror Təşkilatı” (FETÖ) üzvlərinə qarşı aparılan əməliyyat çərçivəsində 176 hərbçinin saxlanılmasına sanksiya verib.

 

İnterAz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatı eyni vaxtda 49 əyalətdə keçirilib.

 

Şübhəlilər arasında 108 hərbçi və 68 təqaüddə olan hərbçi var.