Rusiya XİN ABŞ və İranı dialoqa çağırır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi ABŞ və İranı dialoqa çağırır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 14:17

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi ABŞ və İranı dialoqa çağırır.

 

"ABŞ və İran İslam Respublikasını təmkinli olmağa və bütün problemləri dialoq yolu ilə həll etməyə çağırırıq", Lavrov deyib.

 

İnterAz-ın RT-yə istinadla verdiyi xəbərə görə, onun sözlərinə görə, Rusiya tərəfi vəziyyətin gərginləşməsinin əleyhinədir.

 

"Əgər müdaxilə hər hansı bir fiziki addımı nəzərdə tutursa İran və ABŞ arasındakı münasibətlərə müdaxilə etmək niyyətində deyilik", nazir bildirib.