Lavrov: Süleymaninin qətli heç bir çərçivəyə sığmır

ABŞ-ın iranlı general Qasim Süleymanini öldürməsi bütün hüdudların aşılmasıdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 15:50

ABŞ-ın iranlı general Qasim Süleymanini öldürməsi bütün hüdudların aşılmasıdır.

 

İnterAz-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

 

"Vaşinqtonun qanunsuz hərəkətlərinin son nöqtəsi qonşu ölkədə, İraqda rəsmi səfərdə olan İran hökumətinin rəsmi nümayəndəsi Qasim Süleymanini  öldürməsi oldu. Bu əlbəttə ki, bütün beynəlxalq-hüquqi və insani hüdudların aşılmasıdır", Lavrov deyib.