İsrail minlərlə fələstinlinin yerləşdirilməsi üçün dörd həbsxana tikir

İsrail hökuməti 4 min fələstinli məhbusun yerləşdirilməsi üçün 4 ədəd həbsxananın tikilməsinə razılıq verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 17:43

İsrail hökuməti 4 min fələstinli məhbusun yerləşdirilməsi üçün 4 ədəd həbsxananın tikilməsinə razılıq verib.

 

İnterAz RT-ə istinadla xəbər verir ki, bu barədə İsrailin “Yeddinci Telekanal”ı məlumat yayıb.

 

Bildirilib ki, “təhlükəsizlik məsələlərilə bağlı daha 4 min nəfərin (İsraildə bu ifadə fələstinli məhbuslara aid edilir.) yerləşdirilməsi nəzərdə tutulub. Hökumət bu layihənin icrasına razılıq verib.

 

İsraildə hal-hazırda 30 həbsxana və cəzaçəkmə müəssisəsi var. İsrail həbsxanalarında hazırda 5700 fələstinli var ki onların 47-i qadın, 250 yaşı 18-ə çatmamış uşaq və yeniyetmə, 6 fələstinli deputat, “inzibati xətalarla” həbs edilən 500 civarında fələstinli və 700 xəstə var.