Rusiyada məhkəmə binasında atışma olub, ölən və xəsarət alan var

Rusiyada məhkəmə binasında atışma olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Yanvar 2020, 08:22

Rusiyada məhkəmə binasında atışma olub.

 

İnterAz xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuzneçkdə baş verib.

 

Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib.