ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb

...artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 08:14

ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlanılıb.

 

İnterAz xəbər verir ki, artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.

 

Bununla da Nümayəndələr Palatasının prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir.

 

Qeyd olunub ki, senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, C. Roberts isə hakim qismində iştirak edəcək. Yekun qərarı senatorlar verəcəklər.