İranın təhlükəsizlik qüvvələri ölkənin qərbində iki silah yükü aşkarlayıb

İranın qərbində iki silah yükü aşkarlanaraq götürülüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 11:12

İranın qərbində iki silah yükü aşkarlanaraq götürülüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.

 

Bildirilib ki, ölkənin qərbində iki silah yükü aşkarlanıb ki, onlar qərb sərhədlərindən ölkəyə daxil edilib.

 

Silah yüklərində 28 ədəd kalaşnikov avtomatı, 86 ədəd "Colt" (M1911) tapançaları, onlara aid partonlar və digər partlayıcı və yandırıcı maddələr aşkarlanaraq götürülüb.

 

İranın hərbi mənbələri son dövrlərdə ölkədə baş vermiş etiraz aksiyaları və iğtişaşlar fonunda belə silah yüklərinin ölkəyə daxil edilməsinin ciddi xəbərdarlıq mesajı olduğunu bildiriblər.