Tramp Omanın yeni sultanı ilə telefon danışığı keçirib

ABŞ Prezidenti Donald Tramp Omanın yeni sultanı Haysam ben Tarek ilə telefon danışığında şəxsi görüşə ümid etdiyini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 12:12

ABŞ və Omanın liderləri arasında telefon danışığı olub.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Omanın yeni sultanı Haysam ben Tarek ilə telefon danışığında şəxsi görüşə ümid etdiyini bildirib.

 

Məlumata görə, Donald Tramp həmçinin yeni sultan və Oman xalqına sultan Kabus ben Səid Əl Səidin vəfat etməsi ilə əlaqədar başsağlığı verib.

 

Xatırladaq ki, Kabus ben Səid Əl Səid yanvarın 10-da 79 yaşında vəfat edib. Yanvarın 11-də 65 yaşlı Haysam ben Tarek Əl Səid Omanın yeni sultan olaraq and içib. Bundan öncə o, Omanın Mədəniyyət və Milli İrs Nazirliyinin rəhbəri olub.