Ayətullah Xamenei son 8 ildə ilk dəfə olaraq cümə namazına rəhbərlik edib

Ayətullah Xamenei sonuncu dəfə 2012-ci ildə Tehran cümə namazına imamlıq edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 12:38

 İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei son 8 ildə ilk dəfə olaraq Tehranda keçirilən cümə namazına imamlıq edərək, cari proseslərlə bağlı mesajları ehtiva edən xütbə oxuyacaq.

 

İnterAz xəbər verir ki, bu gün Tehranda cümə namazına ali dini lider Seyid Əli Xamenei rəhbərlik edib.

 

Ayətullah Xamenei sonuncu dəfə 2012-ci ildə Tehran cümə namazına imamlıq edib.

 

Ekspertlərin fikrinə görə, Ayətullah Xamenei İran ətrafında və regionda baş verən son prosesləri nəzərə alaraq bu cümə xütbələrində mühüm siyasi mesajlar verəcək.