Şeremetyevo aeroportunda yeni terminal tikiləcək

Moskva şəhərinin Şeremetyevo hava limanı 2024-cü ildə C terminalının ikinci mərhələsinin inşasına başlamağı planlaşdırır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 14:02

Moskva şəhərinin Şeremetyevo hava limanı 2024-cü ildə C terminalının ikinci mərhələsinin inşasına başlamağı planlaşdırır. 

 

İnterAz-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə hava limanının İdarə Heyətinin sədri Aleksandr Ponomarenko bildirib.

 

Onun sözlərinə görə, C2 terminalının istifadəyə verilməsi 2026-cı ilə planlaşdırılır.

 

Bu gün C1 beynəlxalq terminalının rəsmi açılışı olacaq. Bu terminalın tikintisi 2017-ci ildən aparılır. C1 hava limanının Şimal Terminal Kompleksinin bir hissəsi olacaq. Onun hesab edilmiş ötürmə qabiliyyəti ildə 20 mln. sərnişin olacaq.