Meksikada güclü zəlzələ olub

Meksikanın Oaxasa əyalətində 5.3 bal gücündə zəlzələ olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 14:34

Meksikanın Oaxasa əyalətində 5.3 bal gücündə zəlzələ olub.

 

İnterAz NTV-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

 

Zəlzələ yerin 27,4 km dərinliyində baş verib.

 

Oaxasanın Mülki Müdafiə Agentliyinin “Twitter”də yaydığı məlumatına görə, zəlzələ dağıntılara səbəb olub. Amma hələlik bununla bağlı ətraflı məlumat verilməyib.