KİV: Ramzan Kadırova yeni vəzifə təklif edilib

Mənbə qeyd edir ki, R.Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 15:03

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova Rusiya rəhbərliyində yeni vəzifə təklif edilib.

 

İnterAz xəbər verir ki, bu barədə "Arqumentı nedeli” Kremldəki mənbəyinə istinadən yazıb.

 

Mənbə qeyd edir ki, R.Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.

 

Daha əvvəl Çeçenistan rəhbəri müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbi ilə səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xuçiyevə verib.

 

R.Kadırov yanvarın 13-dən müalicə kursu almağa başlasa da, bu barədə yalnız Rusiya Prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciəti və baş nazirin istefa verdiyi gün məlum olub.