Rusiya XİN: “Hökumət dəyişikliyindən sonra xarici siyasətimiz qorunub saxlanacaq”

“Hökumət dəyişikliyindən sonra Rusiyanın xarici siyasəti dəyişməz olaraq qalacaq”...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 15:12

“Hökumət dəyişikliyindən sonra Rusiyanın xarici siyasəti dəyişməz olaraq qalacaq”.

 

İnterAz xəbər verir ki, bunu RİA “Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

Onun sözlərinə görə, Rusiyanın xarici siyasətini prezident müəyyənləşdirir, hökumət dəyişdikdən sonra mövcud xətt qorunub saxlanacaq.

 

XİN başçısının müavini həmçinin qeyd edib ki, Rusiyanın xarici siyasəti ölkənin dünyadakı mövqeyini gücləndirməyə yönəlib və dünya arenasında böyük nüfuza malikdir.