Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru qətlə yetirilib

Meyitin tapıldığı yerə istintaq qrupu cəlb edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 15:50

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Georgi Kutoyan Yerevan şəhərində ölü tapılıb.

 

İnterAz “İnterfax”a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğu bildirilir.

 

Meyitin tapıldığı yerə istintaq qrupu cəlb edilib.