Aİ: Liviyada sülhün dəstəklənməsi təşkilatın gündəmindədir

Qarşıdakı istirahət günləri Berlində Liviyaya dair konfrans keçiriləcək...

Bakı, Nərgiz Qəhramanova, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 16:06

Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin xarici işlər nazirləri yanvarın 20-də keçiriləcək növbəti görüş zamanı Liviyaya dair Berlin konfransının nəticələrini və bu ölkədəki münaqişənin həllinə dair mümkün tədbirləri müzakirə edəcək.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bunu Aİ Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində təşkilatın yüksək rütbəli rəsmisi bildirib: “Qarşıdakı istirahət günləri Berlində Liviyaya dair konfrans keçiriləcək. Bazar ertəsi günü isə Şuranın bu konfransa yekun vuraraq BMT çərçivəsində sülh tədbirlərinə Aİ-nin mümkün dəstək səylərini müzakirə etməsi məntiqli olacaq”.