Hollandiya aviaşirkəti İran üzərindən uçuşları dayandırıb

Hollandiya Kral Hava Yolları İran və İraq üzərindən uçuşlar həyata keçirməyəcəyini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 16:12

Hollandiya Kral Hava Yolları İran və İraq üzərindən uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.

 

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb İranın Ukrayna təyyarəsini vurmasıdır. 

 

Aviaşirkətdən bildirilib ki, “Air France-KLM”nin törəmə şirkəti olan KLM təhlükəsizlik səbəblərinə görə İran və İraq hava sahələrinə girməyəcək. 

 

Vurğulanıb ki, KLM-in həmin bölgədəki sonuncu reysi insidentdən bir saat öncə baş tutub.